525.Az

İspaniyadan İran televiziyasına qadağa


 

İspaniyadan İran televiziyasına qadağa<b style="color:red"></b>

İspaniyanın Madrid bölgəsində yayımlanan İran televiziya kanalı "Hispan TV"nin yayımı dayandırılıb. Buna səbəb kimi isə televiziya rəhbərliyində ciddi insan haqları pozuntuları həyata keçirən şəxslərin yer alması göstərilib.

525.az-ın TRT-yə istinadən verdiiy məlumata görə, qərar Avropa Birliyinin İrana qarşı sanksiyaları çərçivəsində qəbul edilib.

İspaniya dövləti keçən ilin fevralında "Hispasat" peykində yayınlanan və Latın Amerikasından da izlənə bilən "Hispan TV" və "Press Tv"yə qadağa qoymuşdu. İranın nüvə proqramına qarşı sanksiya tətbiq edən AB ölkələri arasında olan İspaniyada mərkəzi hökumətin Madriddəki regional hökumətə xəbərdarlıq etdiyi bildirilir.

 





25.01.2013    çap et  çap et