525.Az

Mircavid Həsənov: “İş adamları dövlətin sosial-iqtisadi siyasətinə dəstək olmalıdırlar”


 

Mircavid Həsənov: “İş adamları dövlətin sosial-iqtisadi siyasətinə dəstək olmalıdırlar”<b style="color:red"></b>

“İş adamları dövlətin sosial-iqtisadi siyasətinə yaxından dəstək olmalı, prezidentin qeyd etdiyi kimi məsələyə sosial məsuliyyət nöqteyi nəzərindən yanaşmalıdırlar”.

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı ekspert Mircavid Həsənov deyib.

M.Həsənov hesab edir ki, qeyri-neft sektorunun inkişafı baxımından ölkə şəratində ilk növbədə regionlarda aqrar təsərrüfat və turizmin inkişaf etdirilməsi önəmlidir:
 
“Çünki bu sahələrin inkişafı uzun vaxt tələb etmir. Dövlət tərəfindən irimiqyaslı layihələrə vəsaitlərin xərclənməsinə ehtiyac olmur. Dövlətin üzərinə düşən əsas öhdəlik regionlarda sahibkarları stimullaşdırmaq və bürokratik əngələri aradan qaldırmaqdan ibarətdir. Bu işdə məmurlar Prezidentə dəstək olmalı, qaşırya qoyulan vəzifələrin icrası istiqamətində üzərinə düşən işləri layiqli şəkidlə yerinə yetirməlidirlər.

Əfsuslar olsun ki, ölkə rəhəbrinin qeyd etdiyi kimi, bəzi məmurlar sahibkarların işlərinə mane olur, müxtəlif tələblərlə çıxış edirlər. Lakin Prezidentin məsələni birbaşa öz nəzarətinə götürməsindən sonra bu istiqamətdə mühüm addımlar atılıb, sahibkarlıq subyektlərinin üzləşdiyi süni əngəllər aradan götürülür, onların fəaliyyətinə dəstək məqsədilə güzəştlər tətbiq olunur”.

Ceyhun ABASOV

 





29.01.2016    çap et  çap et