525.Az

"Prezidentin çağırışlarını fəaliyyətimizdə mütləq nəzərə almalıyıq"


 

MİLLƏT VƏKİLLƏRİ PREZİDENTİN SON KONFRANSDA SƏSLƏNDİRDİYİ FİKİRLƏRİ DƏSTƏKLƏYİRLƏR

"Prezidentin çağırışlarını fəaliyyətimizdə mütləq nəzərə almalıyıq"<b style="color:red"></b>

"Prezidentin çağırışlarını fəaliyyətimizdə mütləq nəzərə almalıyıq"

"Biz prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi çağırışları öz fəaliyyətimizdə mütləq nəzərə almalıyıq".

Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
 
Komitə sədrinin sözlərinə görə, bütün təşkilatlar mütləq əlavə investisiyalar cəlb etməlidir.

İ.Həbibbəyli hesab edir ki, Təhsil Nazirliyi də, AMEA da bu hüquqa malik olmalıdır. Onun dediyinə görə, hətta, belə düşünür ki, "Elm haqqında" qanun layihəsində Təhsil Nazirliyi, AMEA və digər qurumlara əlavə investisiyaların hansı münasib qaydada cəlb olunması barədə müddəaları daha da qüvvətləndirməliyik: "Prezidentin çıxışından sonra sənədə yeni müddəalar da əlavə etməliyik. Biz yeni çağırışları mütləq nəzərə almalıyıq".

İ.Həbibbəyli əlavə edib ki, indiyədək yalnız Bakıda və Sumqayıtda texnoparkların yaradılması üçün işlər aparılırdı:

"Amma artıq İlham Əliyev rayonlarda da bu şəkildə texnoparkların yaradılması, elmi fəaliyyəti özündə ehtiva edən qurumların fəaliyyəti barədə tapşırıqlar verib. Bizim qanunvericiliyimiz zamana, dövrə, ölkə siyasətinə, ölkə reallığına, onun inkişafına xidmət etməlidir. Biz də buna çalışırıq".

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva da öz növbəsində deyib ki, dünyada yaşanan və getdikcə daha da qarşısıalınmaz prosesə çevrilən qlobal maliyyə-iqtisadi böhranın təbii ki, Azərbaycana da müəyyən təsirləri var: "Xüsusilə, dünya bazarında neftin qiymətinin xeyli ucuzlaşması bizim ölkənin də iqtisadiyyatından yan keçməyib".
 
Millət vəkilinin dediyinə görə, ancaq bununla belə, ölkə başçısının də son çıxışlarında, xüsusilə, sosial-iqtisadi blokla keçirdiyi müşavirədə, həmçinin, regionlarla bağlı keçirilən son konfransda səsləndirdiyi fikirlər,verdiyi tapşırıqlar, çağırışlar hər birimizdə nikbinlik, gələcəyə böyük ümid yaradır:

"Dövlət başçısı çıxışında  bir daha qətiyyətlə bildirdi ki, dünyada yaşanan mənfi tendensiyaların Azərbaycana müəyyən təsirlərinə baxmayaraq, ölkəmiz bu prosesdən də uğurla çıxacaq, Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində addımlar davam etdiriləcək, heç bir layihə dayandırılmayacaq. Dövlət başçısı tərəfindən son bir neçə gün ərzində verilən sərəncamlar və fərmanlar da bunun əyani təsdiqidir.

Dünyanın da heç bir ölkəsində rast gəlinməyib ki, böhran şəraitində əməkhaqları, pensiyalar, müavinətlər artırılsın. Ancaq Azərbaycan yeganə dövlətdir ki, belə bir şəraitdə də insanlarını düşünür, onların maddi-rifah halının yaxşılaşdırılması istiqamətində addımlarını davam etdirir, əmkhaqlarını, pensiyaları, müavinətləri artırır. Hesab edirəm ki, bu proses də  davamlı prosesdir və növbəti aylarda da bu istiqamətdə  addımların atılacağı, artımların olacağı gözləniləndir. Bu, bir daha onu göstərir və onun əyani sübutudur ki, İlham Əliyevin çox uğurlu və çox düşünülmüş siyasəti ilə irəliyə, inkişafa doğru addımlayır və onu heç bir proses, heç bir qüvvə, heç bir böhran dayandıra bilməz.

Azərbaycan 2008-ci ildə dünyada yaşanan maliyyə-iqtisadi böhrandan üzüağ çıxdığı kimi, bu dəfə də öz dinamik və sürətli inkişafı ilə yaranmış müvəqqəti çətinlikdən üzüağ, alnıaçıq çıxacaq. Buna da  ölkəmizin potensialı, imkanları, ən əsası da dövlət başçısının iradəsi var. Azərbaycan inkişaf edir və edəcək. Hər kəs də buna tam əmin olsun".

K.HƏMZƏOĞLU

 





29.01.2016    çap et  çap et