525.Az

Sabah Bakıda yağış yağacaq


 

Sabah Bakıda yağış yağacaq<b style="color:red"></b>

Bölgələrdə havaların yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir

Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam yağış yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, axşam dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir

 





26.01.2013    çap et  çap et