525.Az

“Kim yatmış, kim oyaq?” təqdim olunub


 

“Kim yatmış, kim oyaq?” təqdim olunub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyində tənqidçi Əsəd Cahangirin  “Kim yatmış, kim oyaq?” kitabının təqdimat mərasimi olub. Nəfis tərtibatlı kitabda  çağdaş ədəbiyyatın ümumi nəzəri-fəlsəfi problemləri, ayrı-ayrı əsərlər haqqında yazdığı  esse və məqalələr toplanıb.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin sədri Anar  “Kim yatmış, kim oyaq?” kitabının əhəmiyyətindən danışıb. Bildirib ki, müəllifin Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbiyyatına müraciət etməsi müasir ədəbiyyatımız üçün təqdirəlayiq bir hadisədir.

Dəyirmi masa digər çıxışçıların fikirlərilə davam edib.

Müəllif bildirib ki, kitabda 20 illik dövrdə qələmə aldığı 50-dən artıq yazıdan 21-i öz əksini tapıb: “Janrlar müxtəlifdir. Bura kino, teatrın müxtəlif problemlərini daxil eləmişəm. Görkəmli rejissorumuz Bəhram Osmanova həsr edilmiş “Bəhramnamə” yazısını bir müəllif kimi yüksək qiymətləndirirəm”. 

 





26.01.2013    çap et  çap et