525.Az

Tahir Rzayev Ştrasseri siyasi əxlaqsızlıqda suçladı


 

Tahir Rzayev Ştrasseri siyasi əxlaqsızlıqda suçladı<b style="color:red"></b>

“Avropa Şurası Parlament Assambleyasının  Monitorinq Komitəsinin “siyasi məhbus” məsələsi üzrə məruzəçisi Kristofer Ştrasserin siyasətçiyə yaraşmayan hərəkətləri, yalan və uydurmaları nəinki onun özünə, təmsil olunduğu qurumun adına qara ləkədir”.

525.az-ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin məruzəçisi Kristofer Ştrasserin Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı hazırladığı hesabatın həmin qurumun qış sessiyasında qəbul olunmamasına münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin dediyinə görə, olmayan faktlara, hadisələrə yalandan don geydirib onu AŞPA kimi nüfuzlu bir təşkilatın tribunasından bütün dünyaya bəyan etmək siyası əxlaqsızlıqdır:
 
“Siyasi məhbus” anlayışına aydınlıq gətirə bilməyən cənab Ştrasserin “siyasi məhbus”ları müdafiə etmək haqqı yoxdur. Əgər bu haqq ona verilmişdisə, o zaman diqqətli olmalı, mənəviyyatını kiməsə, nəyəsə satmamalı, siyasi nüfuzunu qurumalı, faktlara obyektiv yanaşmalı idi. Yoxsa, Azərbaycanda yaşamayan, adı və ünvanı məlum olmayan bəzi insanları kimlərinsə diktəsi ilə “siyasi məhbus” kimi siyahıya salmaq və respublikamızın adına qara yaxmağa çalışmaq özünü demokrat , hüquq müdafiəçisi adlandıran bir siyasətçi üçün riyakarlıqdır, yolverilməzdir.

Elə bilirəm ki, Strasser kimi kimlərinsə  sifarişi ilə işləyən, özünə , təmsil etdiyi quruma qara ləkə vuran yalançı siyasətçilərə Avropa Şurasında, onun Parlament Assambleyasında yer olmamalı və belələri rüsvay edilməlidir”.

K.Həmzəoğlu

 





26.01.2013    çap et  çap et