525.Az

Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin toplantısı


 

Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin toplantısı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, 23–24 aprel 2015-ci il tarixində İsveçrənin Lüsern şəhərində keçirilmiş “Lüsern Dünya Turizm Forumu”nda Azərbaycan qonaq ölkə qismində iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, ölkəmizin bu mötəbər tədbirdə xüsusi statusda iştirakının davamı olaraq, bu ilin 4–7 martında Forumun Beyin Mərkəzinin növbəti toplantısı (WTFL Think Tank) Bakı şəhərində keçiriləcək.

“İnkişaf edən istiqamətlərdə uğurun faktorları” mövzusu üzrə keçiriləcək toplantıda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra yüksək səviyyəli şəxslərin iştirakları artıq təsdiq edilib. Onlar arasında bir neçə ölkənin turizm naziri, 30-a yaxın transmilli korporasiyaların, hava yolların və qlobal qeyri-hökumət təşkilatların rəhbərləri var.

Eyni zamanda, sözügedən tədbirdə iştirak etmək və ölkəmizlə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə təşkilatının baş katibi Talib Rifainin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olacaq.

Cavid QƏDİR 

 





02.02.2016    çap et  çap et