525.Az

5 aqrar müəssisə bir MMC-də birləşdirildi


 

5 aqrar müəssisə bir MMC-də birləşdirildi<b style="color:red"></b>  Kənd Təsərrüfatı Nazirliyi 5 aqrar müəssisəni bir MMC-də birləşdirib.
 
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarına uyğun olaraq Abşeron rayonundakı “Güzdək” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC (VÖEN:3100179811), “S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC (VÖEN: 3100129771), “Qobu” dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC (VÖEN: 3100178201) və “Abşeron rayon meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC (VÖEN: 3100884621) birləşdirilərək onların bazasında Kənd Təsərrüfatı Nazirliyinin “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.
 
Bununla əlaqədar olaraq yuxarıda adları qeyd olunan MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış ləğvetmə komissiyasına ( Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi,40)  iki ay ərzində müraciət etmək xahiş edilir.
 





03.02.2016    çap et  çap et