525.Az

Azərbaycanda 20 günün əsgəri xəstəlikdən öldü


 

Azərbaycanda 20 günün əsgəri xəstəlikdən öldü<b style="color:red"></b>

Azərbaycanda daha bir əsgər xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün Daxili Qoşunların hospitalında qeydə alınıb.

2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rüstəmli Toğrul Kamran oğlu xəstəlikdən dünyasını dəyişib. O, cəmi 20 günün əsgəri olub.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 





28.01.2013    çap et  çap et