525.Az

Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq


 

Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq<b style="color:red"></b>

Meteohəssas insanlarda narahatlıq yaranacaq

Bakı və Abşeron yarımadasında yanvarın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 1-3, gündüz  3-5 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, uzun müddət davam edən mülayim isti hava şəraitindən sonra yaxın 2 gündə atmosfer təzyiqinin yüksəlməsi, arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 





28.01.2013    çap et  çap et