525.Az

"Loqos"da görüş


 

"Loqos"da görüş<b style="color:red"></b>

"Loqos" Psixoloji və Nitq Mərkəzində Təranə Məmmədovanın ideya müəllifliyi ilə "Müasir Azərbaycan Qadını" layihəsi çərçivəsində ilk görüş keçirilib.
 

Tədbirdə Türkiyədə uzmanlıq dərəcəsi almış gənc ginekoloq Aytən Səfərova və klinik psixoloq Şəbnəm Sadıqova auditoriya qarşısında yüksək bilik və bacarıq nümayiş etdirməklə müasir Azərbaycan qadınının uğur qazanmaq sirrini ifadə ediblər.

"Loqos"un rəhbəri Təranə Məmmədova "Müasir Azərbaycan Qadını" layihəsinin məqsəd və məramını açıqlayıb, bildirib ki, qısa zaman ərzində beş yüzə yaxın qadının layihəyə qoşulmaq istəyi maraq doğurur: "Bu o deməkdir ki, müasir dövrün əksər qadınları yaşından, sosial vəziyyətindən, ictimai mövqeyindən asılı olmayaraq, zamanla ayaqlaşmağı bacarır, həyatın bütün sahələrində fəallığa can atır. Düşünürəm ki, az vaxt ərzində hər kəsin açıq ürəklə gəlib, rahatlıq tapa biləcəyi ailə ocağı yarada bilmişik. Bu, "Loqos" ailəsidir".

Ginekoloq Aytən Səfərova iştirakçıların çoxsaylı sorğularını cavablandırıb.

Daha sonra vaginizmlə bağlı maraqlı nüansları əks etdirən video-çarxların nümayişi diqqətlə izlənilib.

"Müasir Azərbaycan Qadını" layihəsinin ilk görüşündən təsirlənən Bakı şəhər sakini Səidə Musayeva belə görüşlərin davamlı olmasını dilə gətirib və layihədə əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Dərbənd Humanitar Akademiyasının Psixologiya fakültəsinin tələbəsi Ruhiyyə Əliyeva, Bakı Xareoqrafiya Akademiyasının müəllimi İradə Salmanova, Ağdam rayonundan məcburi köçkün, Bakı İqtisadiyyat və Humanitar kollecinin müəllimi Aynur Zülfüqarova çıxış edərək müasir Azərbaycan cəmiyyətinin inkişafında intellektual qeyri-hökumət təşkilatlarının xüsusi rolu olduğunu vurğulayıb. 

Vəfa MƏMMƏDLİ

 





04.02.2016    çap et  çap et