525.Az

SOCAR prezidenti Kaxa Kaladze ilə görüşdü


 

SOCAR prezidenti Kaxa Kaladze ilə görüşdü<b style="color:red"></b>

Bu gün Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) olub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub.

Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

 





04.02.2016    çap et  çap et