525.Az

Ermənilər uşaqlarından niyə imtina edirlər?


 

Ermənilər uşaqlarından niyə imtina edirlər?<b style="color:red"></b>

Əhali sayına nisbətlə götürdükdə uşaq evlərində və dağılmış ailələrin uşaqları üçün nəzərdə tutulmuş müəssisələrdə saxlanan uşaqların sayına görə Ermənistan bəlkə də dünya lideridir.

"EurasiaNet"in yazır ki, BMT-nin uşaq fondu YUNİSEF-in araşdırmasına görə, Ermənistanda bu cür müəssisələrdə 4900 uşaq saxlanır, yəni bu ölkənin hər milyon nəfərinə 1,5 min yetimxana uşağı düşür.

Müqayisə üçün deyək ki, ailə dəyərlərinə görə Ermənistanla müqayisədə daha liberal olan Rusiyada bu göstərici hər milyon sakin üçün 1,2 min ətrafında dəyişir. ANS PRESS-in araşdırmasına görə, Ermənistanla qonşu və ənənəcə yaxın olan və bu cür müəssiələrdə toplam 900 uşaq saxlanılan Gürcüstanda bu göstərici 202-yə, uşaq evlərində 970 uşaq saxlanılan Azərbaycanda isə 105-ə bərabərdir. Yəni Ermənistanda övladları uşaq evlərinə vermək meyli Azərbaycanla müqayisədə 15 dəfə, Gürcüstanla müqayisədə isə 7,5 dəfə güclüdür.

YUNİSEF-in araşdırmasında diqqəti çəkən başqa bir cəhət isə Ermənistanın bu tipli müəssisələrində saxlanan uşaqların səksən faizinin ən azı bir valideynin olmasıdır. Buna görə də bu beynəlxalq təşkilat artıq neçə illərdir ki, Ermənistandan tələb edir ki, müəyyən xərc çəkməklə bu uşaqları öz bioloji ailələrinə qaytarsın. Çünki ailələri uşaqları geri qaytarmaqda heç bir problemin olmadığını, sadəcə, dolanışıq üzündən uşaqları belə müəssisələrə verdiklərini bildirirlər. Rəsmi İrəvan düz altı il qabaq bu beynəlxalq təşkilata bu barədə söz versə də, "EurasiaNet"in yazdığına görə, bu günə qədər heç nə dəyişməyib.

Naşrin bir sıra ekspertlərə istinadən yazdığına görə, uşaqların öz bioloji ailələrinə qaytarılması prosesi hakim Qarabağ klanına məxsus bir sıra rəsmilər tərəfindən əngəllənir. Səbəb bir sıra rəsmilərin buradan hər il milyonlarla dollar qazanması ilə bağlıdır. Rəsmi məlumatlara görə, Ermənistanda dövlət müəssisələri bir uşağın saxlanmasına ildə 4 min dollara yaxın pul xərcləyir ki, bu, əslində, çox şişirdilmiş rəqəmdir. Bu, Ermənistandakı orta maaş göstəricisindən 105 dollar yüksəkdir. Yəni orta statistik Ermənistan vətəndaşı 295 dollara bərabər orta maaşla ən azı 3 nəfərdən ibarət olan ailəsini dolandırmaq məcburiyyətindədir. Yəni orta dolanışıqlı ailədə adambaşına 100 dollar xərclənir. Uşaq evlərində isə uşaqbaşına 400 dollar silinir.

Erməni mətbuatının yazdığına görə, uşaq evlərində dolanışıq heç də ürəkaçan deyil, amma buna baxmayaraq minlərlə ailə uşağının bir tikə çörək taparaq qarnını doyurması üçün məhz bu yolu tuturlar. Çünki başçısı işləməyən ailələrdə uşaqlar mütəmadi olaraq aclıq keçirirlər. Bu yaxınlarda YUNİSEF və Ermənistanın təhsil nazirliyi tərəfindən aparılmış tədqiqatlar göstərir ki, normal ailələrdən gələn şagirdlərin 15%-i evdə lazımi ərzaqlar olmaması üzündən mütəmadi olaraq aclıq keçirirlər.

Yoxsulluq artıq iki yüz ilə yaxındır ki, Qafqazda yaşayan və ailə şərəfi kimi dəyərləri qonşu xalqlar səviyyəsində mənimsəmiş erməniləri də bəzən bu kimi hər şeydən yüksək bir anlama dırnaqarası baxmağa sövq edir. Bəzi ailələr hətta dolanışıq naminə oğlan uşaqlarının əxlaqını bazara qoyur.

Məsələn, bir-iki il öncə belə bir hadisənin Ermənistanın Axtala şəhərində yaşayan onlarla ailənin başına gəldiyi ortaya çıxmışdı. Hadisə 25 yaşlı Axtala sakini Vaqram Parsadanyanın şəhərdəki mis mədəninin sahibi, Ermənistan baş nazirinin sabiq müşaviri Serob Ter-Poqosyandan əlində olan video-materiallar qarşılığında 30 min dollar tələb etməsi ilə açılmışdı. Hadisə böyümüşdü və Parsadanyan həmin materialları polisə verməyə məcbur olmuşdu. Materiallar əsasında polisin apardığı dindirmə nəticəsində çoxu həddi-buluğa çatmamış 17 oğlan Serob Ter-Poqosyana qarşı ifadə vermişdi. Ter-Poqosyanın pedofil olduğu ortaya çıxmışdı. Ən dəhşətlisi isə o imiş ki, 1996-cı ildən Axtalaya yerləşmiş Ter-Poqosyanın çoxdan bu şəhərin oğlan uşaqlarını yoldan çıxardığı bu şəhərdə hər kəsə məlum imiş. Bəzi ailələr hətta körpə oğlan uşaqlarını özləri Ter-Poqosayana təhvil verirmişlər. Çünki Ter-Poqosyan yaxınlıqda olduğu uşaqlarının ailələrinə hər ay 200 dollar ətrafında dəyişən "yardım" verirmiş. Şəhərin başqa sakinləri isə bildikləri faktların qarşısında susmağa məcbur imişlər. Çünki əksəriyyəti mədəndə işləyirmişlər, yəni qazancları Ter-Poqosyanın əlindən keçirmiş.

anspress

 





28.01.2013    çap et  çap et