525.Az

“Gənclərin ideya məktəbi” layihəsi çərçivəsində növbəti təlim


 

“Gənclərin ideya məktəbi” layihəsi çərçivəsində növbəti təlim <b style="color:red"></b>

Sumqayıt Şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Gənclərin ideya məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

AzərTAc xəbər verir ki, təlimdə Nabat Atayeva müəllifi olduğu layihə barədə ətraflı məlumat verdikdən sonra “Layihə və komanda işi” mövzusunda təlimə start verilib. Bildirilib ki, layihənin əsas məqsədi ölkəmizin ümumi inkişafında gənclərin rolunun daha da artırılmasını dəstəkləməkdir.

İnteraktiv formada keçirilən təlimdə iştirakçılar layihə idarəetməsi, komanda işi, layihə ideyasının yaranması, problemin təsviri, kreativ ideyalar və digər məsələlər haqqında ətraflı məlumat alıb, sonra müzakirələr aparıblar.

 





04.02.2016    çap et  çap et