525.Az

9 rayonda qaz təchizatı məhdudlaşdırıldı


 

9 rayonda qaz təchizatı məhdudlaşdırıldı<b style="color:red"></b> Bu gün Bakının Binəqədi, Xəzər, Sabunçu, Suraxanı həmçinin Abşeron, Hacıqabul, Şabran, Sabirabad və Lənkəran rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı Regional Qaz İstismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərindəki qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə fevralın 5-də saat 09:30-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin bir hissəsi və Qobu, Güzdək, Hökməli qəsəbəsi ərazilərində, Binəqədi rayonunun Binəqədi, Biləcəri, Sulutəpə və Çiçək qəsəbəsi ərazilərində, Xəzər rayonunun Mərdəkan, Zirə və Şüvalan qəsəbəsi ərazilərində, Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrində, Suraxanı rayonunun Hövsan kənd ərazisi və Bülbülə qəsəbəsində, həmçinin saat 10:00-dan 17:00-dək Hacıqabul, Sabirabad və Şabran rayonlarının, saat 10:00-dan 16:00-dək isə Lənkəran rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 





05.02.2016    çap et  çap et