525.Az

Berluskonidən yəhudiləri qəzəbləndirən açıqlama


 

Berluskonidən yəhudiləri qəzəbləndirən açıqlama<b style="color:red"></b>

İtaliyanın skandalları və heyrət doğuran açıqlamaları ilə məşhur olan keçmiş baş naziri Silvio Berluskoni indi də faşist lider Benito Mussolinini müdafiə edib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Mussoluninin "doğru və yaxşı işlər gördüyünü" deyən Berluskoninin bu sözləri yəhudi soyqırımını anma günündə söyləməsi qəzəbə səbəb olub.

Keçmiş baş nazir media təmsilçilərinə verdiyi açıqlamada "Mussolini Hitlerin müharibədə qalib gələ biləcəyini düşünürdü. Bu səbəbdən ona qarşı çıxmaqdansa yanında olmağı seçmiş ola bilər. Tarix o dövrün şərtləri ilə dəyərləndirilməlidir. Bəli, irqçi qanunları qəbul edib İtaliya yəhudilərini faşistlərin əsir düşərgələrinə göndərmək kimi böyük səhvlər də edib, amma bu ölkə üçün gözəl və yaxşı işlər də görüb" deyib.

Mərkəz sol ittifaqın lideri Rozi Bindi Berluskoninin bu sözlərinin İtaliyadakı demokratik şüura qarşı böyük təhqir olduğunu söyləyib. Ölkənin köşə yazarları, hüquqşünasları və elm adamları də baş nazir olmuş bir insanın Hitlerlə ittifaq quran, iqrçi və faşist bir lideri tərifləməsinin qəbuledilməz olduğunu bildiriblər.

Avropadakı yəhudi təşkilatları isə Berluskoninin sözlərinin iyrənc olduğunu qeyd ediblər.

Siyasi müşahidəçilərə görə, İtaliyada gələn ay keçiriləcək parlament seçkiləri ərəfəsində Berluskoni Mussolinini tərifləyərək radikal sağın dəstəyini qazanmağa çalışır.

 





28.01.2013    çap et  çap et