525.Az

Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək


 

Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov fevralın 18-si, saat 10:00-da qurumun Cəlilabad rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad və Masallı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

 





05.02.2016    çap et  çap et