525.Az

Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunub


 

Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunub<b style="color:red"></b>

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sofiya şəhərində baş tutan görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, təşkil etdiyi beynəlxalq tədbirlər müzakirə olunub. Martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Bolqarıstana səfəri çərçivəsində Sofiya Universitetində mühazirə ilə çıxış edib. Mühazirədə sabiq Prezident Petar Stoyanov, vitse-prezident Marqarita Popova, həmçinin Sofiya Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.

 





05.02.2016    çap et  çap et