525.Az

Minskdə kitab sərgi-yarmarkası keçiriləcək


 

Minskdə kitab sərgi-yarmarkası keçiriləcək<b style="color:red"></b>

Fevralın 10-dan 14-dək Belarusun paytaxtında XXIII Minsk Beynəlxalq Kitab sərgi-yarmarkası keçiriləcək.

Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahının Humanitar əməkdaşlıq, ümumi siyasi və sosial problemlər departamentində məlumat verilib.

Yaxın və uzaq xarici ölkələrdən olan yazıçıların və gənc ədəbiyyatçıların kitab sərgi-yarmarkasında budəfəki görüşü Belarusda Mədəniyyət İlinə və MDB-nin yaradılmasının 25 illiyinə həsr ediləcək.

Kitab sərgi-yarmarkası Birlik iştirakçısı olan dövlətlərin mədəni həyatında haqlı olaraq ən əlamətdar hadisələrdən biri hesab edilir.
 
MDB məkanında bu cür genişmiqyaslı tədbirlər sayəsində kitab nəşri sahəsində əməkdaşlıq fəallaşır, ictimaiyyətin və vətəndaşların ədəbi əsərlərin zəngin palitrası ilə tanış edilməsinə şərait yaranır, xalqlar arasında dostluq telləri daha da möhkəmlənir.

 





05.02.2016    çap et  çap et