525.Az

Gürcüstanlı professor Bilik Fondunda mühazirə oxuyub


 

Gürcüstanlı professor Bilik Fondunda mühazirə oxuyub<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “İlboyu bilik” proqramı üzrə “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Tbilisi Dövlət Universitetinin professoru, Vilnüs Dövlət Universitetinin dəvətli mühazirəçisi Mariyam Mançqaladzenin mühazirəsi təşkil olunub.

Fonddan AZƏRTAC-a bildiriblər ki “Dövlət dilinin xarici dilli auditoriyada tədrisinin müasir və ənənəvi metodları” mövzusunda keçirilən mühazirədə ali məktəblərdə pedaqogika ixtisası üzrə təhsil alan tələbələr və Bilik Fondunun könüllüləri iştirak ediblər.

M.Mançqaladze mühazirənin yüksək səviyyədə təşkilindən, tələbələrin fəallığından məmnunluğunu bildirib. O deyib: “2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu bilirəm. Düşünürəm ki, xarici dilin tədrisində multikulturalizm elementlərindən faydalanmaq çox vacibdir. Dövlət dilinin öyrədilməsində mədəniyyət amili mühüm komponentdir”.

 





05.02.2016    çap et  çap et