525.Az

Bakıda üçüncü Beynəlxalq Türk Dünyası Araşdırmaları simpoziumu keçiriləcək


 

Bakıda üçüncü Beynəlxalq Türk Dünyası Araşdırmaları simpoziumu keçiriləcək<b style="color:red"></b>

Üçüncü Beynəlxalq Türk Dünyası Araşdırmaları simpoziumu bu il mayın 25-dən 27-dək Bakıda keçiriləcək.

Beynəlxalq tədbir Türkiyənin Niğde Universiteti, Rusiyanın M.Akmulla Başqırd Dövlət Pedaqoji Universiteti, Bakı Avrasiya Universiteti (BAU), Qırğızıstanın Şərq/Mahmud Kaşğari-Barskani Universiteti və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı reallaşacaq.

Simpoziumda dil, ədəbiyyat, din, təhsil, tarix, sosiologiya, incəsənət, ətraf mühit, arxeologiya, sənət tarixi, beynəlxalq münasibətlər, sahibkarlıq, idarəetmə və iqtisadiyyat, gender problemləri kimi mövzular və elmi araşdırmaların gələcək perspektivləri üzrə müzakirələr aparılacaq.
 
Gələcəkdə Türk Dünyasında ortaq layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndiriləcək.

AzərTAc

 





05.02.2016    çap et  çap et