525.Az

"Bölgə klublarına maliyyə dəstəyi göstəriləcək"


 

"Bölgə klublarına maliyyə dəstəyi göstəriləcək"<b style="color:red"></b>

"Azərbaycan Premyer Liqasında çıxış edən bölgə klublarına maliyyə dəstəyi göstəriləcək".

525.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Sumqayıtın futbol ictimaiyyəti ilə görüşündə deyib.

O bildirib ki, hazırda Premyer Liqadakı klubların yarıdan çoxu paytaxtı təmsil edir: "Hesab edirik ki, yeni addımımız paytaxt klublarının bölgəyə getməsini stimullaşdırar, onların regionlarımızı təmsil etmələrinə səbəb ola bilər".

 





05.02.2016    çap et  çap et