525.Az

​Taleh Bağırov Bakı İstintaq Təcridxanasına köçürüldü


 

​Taleh Bağırov Bakı İstintaq Təcridxanasına köçürüldü<b style="color:red"></b> Bu gün Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun şikayəti əsasında məhkəmə iclası keçirilib.

Bu barədə “Report”a T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses fevralın 9-da davam etdiriləcək.

Məhkəmə iclasında T.Bağırovun özü də iştirak edib.

Vəkil onu da bildirib ki, T.Bağırov Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub.

Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 





05.02.2016    çap et  çap et