525.Az

Madam Tüsso muzeyi Neymarın fiqurunu düzəldəcək


 

Madam Tüsso muzeyi Neymarın fiqurunu düzəldəcək<b style="color:red"></b>

Madam Tüsso muzeyi yaxın vaxtlarda “Barselona” klubunun futbolçusu Neymarın fiqurunu düzəldəcək.

AZƏRTAC xəbər verir ki, bunun üçün forvard 2014-cü ildəki dünya çempionatında qolu bayram edərkən çəkilmiş fotonu seçib.

Neymarın fiquru yazda Barselonada təqdim ediləcək və bundan sonra saxlanmaq üçün muzeyin Orlandodakı filialına aparılacaq.

“Bu mənim üçün böyük şərəfdir. Madam Tüssonun muzeyində yer almaq hər adama nəsib olmur.

Fanatlarımın bu fiqura reaksiyasını görmək üçün artıq indidən həyəcanlanıram”, – deyə Neymar bildirib.

 





06.02.2016    çap et  çap et