525.Az

Kral ailəsi kürəkəni "sildi"


 

Kral ailəsi kürəkəni "sildi"<b style="color:red"></b>

İspaniya kralı Xuan Karlosun kürəkəni İnaki Urdanqarinin adı haqqında açılan cinayət işi səbəbilə Kral Sarayının rəsmi internet saytından çıxarılıb.

İspaniya Kral Sarayının rəsmi saytında krallıq üzvlərinin tanıdıldığı hissədə artıq Palma hersoqu İnaki Urdanqarinin adı yoxdur.

Kral Xuan Karlosun ikinci qızı Kristinanın əri olan Urdanqarin 2003-cü ilin sonundan 2006-cı ilin iyununa qədər rəhbərlik etdiyi Noos İnstitutundakı bəzi korrupsiya əməllərində iştirak etməkdə ittiham olunur.

2011-ci ilin dekabr ayından bəri Kral Sarayının bütün rəsmi tədbirlərindən kənarlaşdırılan kürərən 23 fevralda cinayət işi çərçivəsində ikinci dəfə ifadə verəcək.

TRT

 





28.01.2013    çap et  çap et