525.Az

Maliyyə naziri Sabirabadda qəbul keçirdi


 

Maliyyə naziri Sabirabadda qəbul keçirdi<b style="color:red"></b> Maliyyə naziri Samir Şərifov bu gün Sabirabad şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, görüşdə yerli iş adamları, sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
 
Sabirabad şəhər İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək kənd təsərrüfatı sektorunda gedən inkişafdan, yeni salınan körpülərdən, kəndlərarası yollardan, təhsil və səhiyyə müəssisələrinin açılmasından və infrastruktur sahəsində görülən işlərdən danışıb.
 
Daha sonra çıxış edən nazir Samir Şərif bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, müxtəlif sahələri əhatə edən irimiqyaslı layihələr həyata keçirilib:

“Uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığı qorunub saxlanılıb. Lakin dünyanın enerji bazarında yaranmış təlatümlər, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin 4 dəfə düşməsi milli valyutanın devalvasiyasına səbəb oldu. Bu da ölkənin iqtisadi mənzərəsinə mənfi təsir göstərdi. Prezidentin göstəriş və sərəncamları bizdən çevik tədbirlər görməyi tələb edir. Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradıb. Artıq yeni büdcə layihəsi hazırdır və Milli Məclisin müzakirəsinə təqdim olunub”.
 





06.02.2016    çap et  çap et