525.Az

Türkiyənin tanınmış sənətçisi Bakıda səhnəyə çıxacaq


 

Türkiyənin tanınmış sənətçisi Bakıda səhnəyə çıxacaq<b style="color:red"></b>

Fevralın 14-də Türkiyənin teatr-kino aktyoru Emre Kınay Heydər Əliyev Sarayında konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcək. Konsertdə sənətçini Özgür Sevincin dirijorluğu ilə “Sinema simfoni” müşayiət edəcək.

AZƏRTAC xəbər verir ki, könül oxşayan ifası ilə Türkiyədə sevilən Emre Kınay ölkəmizdə ilk konsertini verəcək. Biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, İstanbulda sənətçi ailəsində anadan olan Emre Kınay 1990-cı ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasına daxil olur. İkinci kursda oxuyarkən müəllimi Zeliha Berksoy tərəfindən teatra dəvət edilir və orada çalışmağa başlayır. Teatrla yanaşı, bir çox filmlərdə də rol alan Emre Kınay “İlan hekayəsi”, “İki ailə”, “Günəşi gözləyərkən”, “Ah qəlbim”, “Günəşin qızları” seriallarında baş rolları canlandırıb. Emre Kınay 2004-cü ildə 23-cü İstanbul Film Festivalında, 2006-cı ildə isə Afife Teatr Ödülləri müsabiqəsində “İlin ən yaxşı aktyoru” mükafatlarını qazanıb.

Sənətçi 2005-ci ildə müəllif teatrı olan Duru Teatrını yaradıb.

E.Kınay təkcə filmlərdə, teleseriallarda, teatr səhnələrində yaratdığı obrazlarla kifayətlənmir, bir ifaçı kimi oxuduğu mahnılarla da tamaşaçıların zövqünü oxşayır.

 





06.02.2016    çap et  çap et