525.Az

Tayvanda zəlzələ qurbanlarının sayı 26-ya çatıb


 

Tayvanda zəlzələ qurbanlarının sayı 26-ya çatıb<b style="color:red"></b> Tayvanın cənubunda baş verən güclü zəlzələdə ölənlərin sayı 26-ya yüksəlib.
 
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 100-dən çox insan itkin düşmüş sayılır.
 
Taynan şəhərində 170-dən çox insan isə “Qızıl əjdaha” yaşayış kompleksindəki 17 mərtəbəli binanın dağıntıları altından çıxarılaraq xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, dünən səhər saatlarında Tayvan adasının cənubunda 6,7 bal gücündə zəlzələ baş verib.
 





07.02.2016    çap et  çap et