525.Az

Jirinovskiyə kələm turşusu atdılar (VİDEO)


 

Jirinovskiyə kələm turşusu atdılar <b style="color:red">(VİDEO)</b>

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovskiyə kələm turşusu atılıb.

ANS PRESS-in məlumatına görə, hadisə Ukraynanın paytaxtı Kiyevdə keçirilən mətbuat konfransında baş verib. Partiya liderinə kələm atan isə jurnalist qız olub. Jurnalist Jrinovskini Ukrayna əlehdarı olmaqda ittiham edib. İnsident LDP liderinin demokratiya, rəngli inqilablardan danışmağa başlamasından sonra qeydə alınıb. Jrinovskinin narıncı inqilab Ukraynaya nə verdi ritolik sualından sonra qız "ukrainofob" deyərək ona turşu atıb.

Rusiyalı siyasətçi "Budur sizə demokratiya. Nə istəsən atmaq, təhqir etmək olar".

Atılan turşu Dövlət Dumasının deputatının pencəyinə dəyib. Bu zaman rusiyalı nümayəndə heyətinin üzvlərindən biri insidenti qeydə alan kameraların qarşısını almağa çalışıb.

Jrinovskinin özünü isə bu hadisə əsəbləşdirib. O, "Mühafizə hardadır?Mən sizi işləməniz üçün götürmüşəm. Yoxsa sizi qovacam.. Onu buradan çıxarın" deyə qışqırıb.

Bundan sonra deputat qızın nə dediyini soruşub. Ona başa salıblar ki, ukrainfob- Ukraynanı sevməyən insandır. "O, axmaqdır. Mən heç kimi sevməyə məcbur deyiləm".

Mühafizə xidməti qızı zaldan çıxarıblar. Bundan sonra Jrinovski jurnalistlərə bildirib ki, kələmlə bulaşdırılan kostyumunun dəyəri 2 min dollardır. Amma bu hələ onun ucuz geyimidir. Daha bahalıları da var.

LDP lideri adı açıqlanmayan qızı kələmlə yedirəcəyinə söz verib. "İndi gedib ona turşu kələm alacam. Görünür o yoxsuldur". Jirinovski qızı bağışladığını da deyib.

 





28.01.2013    çap et  çap et