525.Az

Soçiyə birbaşa aviareys açıla bilər


 

Soçiyə birbaşa aviareys açıla bilər<b style="color:red"></b>

Yaxın vaxtlarda Azərbaycan ilə Rusiyanın kurort şəhəri olan Soçi arasında birbaşa təyyarə reysləri istifadəyə verilə bilər.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın cənubundakı hava limanlarının operatoru olan “Basel Aero”dan məlumat verilib.

Məlumata görə, hazırda Azərbaycan, Qazaxıstan və Gürcüstan aviaşirkətləri ilə 2016-cı ilin yay cədvəlində reyslərin açılması barədə danışıqlar gedir.

 





08.02.2016    çap et  çap et