525.Az

Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının iclası Gəncədə keçirilə bilər


 

Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının iclası Gəncədə keçirilə bilər<b style="color:red"></b> Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Gəncədə keçirilə bilər.
 

APA-nın əldə etdiyi məlumata görə, görüşün yeri hələlik tam dəqiqləşməsə də, Gəncə variantı üzərində dayanıldığı bildirilir.
 
Xatırladaq ki, görüşün bu il fevralın 18-də keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və yüksək səviyyəli digər dövlət və hökumət rəsmiləri Azərbaycana səfər edəcək.
 
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının son iclası ötən il yanvarın 15-də keçirilib.
 





08.02.2016    çap et  çap et