525.Az

Nazirliyin sertifikasiya imtahanlarından keçmiş şəxslərin sayı açıqlandı


 

Nazirliyin sertifikasiya imtahanlarından keçmiş şəxslərin sayı açıqlandı<b style="color:red"></b> 2015-ci ildə sertifikasiya imtahanlarında 11 607 şəxs iştirak edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015-ci il ərzində sertifikasiya imtahanlarından 85 nəfər ali təhsilli əczaçı olmaqla, 3 638 nəfər ali təhsilli mütəxəssis keçib:

“2015-ci il ərzində sertifikasiya imtahanlarından praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan 7969 nəfər orta təhsilli şəxs keçib. Onlardan 26 nəfər əczaçılıq fəaliyyəti ilə məşğul olanlardır”.
 
Məlumatda bildirilib ki, test imtahanlarında iştirak edənlərin əksəriyyəti Terapiya, Pediatriya, Stomatologiya, Cərrahiyə ixtisasları üzrə müraciət edənlərdir:
 
“Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir”.
 
Məlumatda qeyd olunub ki, sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.
 





08.02.2016    çap et  çap et