525.Az

"NBC Bank"ın şəhadətnaməsi bərpa edildi


 

"NBC Bank"ın şəhadətnaməsi bərpa edildi<b style="color:red"></b> Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə "NBC Bank" ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərarı (25 yanvar 2016-cı il tarixli, 06/3 saylı) ləğv edilib.
 
Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq "NBC Bank" ASC-nin 10 sentyabr 2007-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olmasını təsdiqləyən şəhadətnamə bərpa edilib.
 





08.02.2016    çap et  çap et