525.Az

Ali Hərbi Məktəbə tələbə qəbulu elan edildi


 

Ali Hərbi Məktəbə tələbə qəbulu elan edildi<b style="color:red"></b> Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) Ali Hərbi Məktəbinə tələbə qəbulu elan edilib.
 
DQ-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ali Hərbi Məktəbə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçiləcək.
 
Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış hərbi-həkim və mandat komissiyalarından, Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş fiziki hazırlıq normativləri üzrə sınaqdan keçməlidir.
 
Ali Hərbi Məktəbə qəbul üçün namizədlərin sənəd qəbulu Daxili Qoşunların Baş İdarəsində (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) qəbul edilir.
 
Ərizə və sənədlərin qəbulu 2016-cı il martın 1-dən aprelin 10-dək (bayram və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.
 





08.02.2016    çap et  çap et