525.Az

İcra başçısının həbsdə olan nümayəndəsinin apellyasiya şikayətinə baxıldı


 

İcra başçısının həbsdə olan nümayəndəsinin apellyasiya şikayətinə baxıldı<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində Füzuli rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin apellyasiya şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, Ş. Hacıyev yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilindən silah tapılıb.

O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilir.
 
Səbail rayon Məhkəməsinin qərarı ilə Ş, Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilib.
 
Həmin qərardan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Şikayətdə onun barəsində olan həbs-qətimkan tədbirinin ləğv edilməsi istənilib.
 





08.02.2016    çap et  çap et