525.Az

Nazirdən işsizlərə tövsiyyə


 

Nazirdən işsizlərə tövsiyyə<b style="color:red"></b> "2015-ci ildə Azərbaycanda 59 Əmək yarmarkası keçirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
Nazirin sözlərinə görə, bu yarmarkalarda xeyli sayda insan yeni iş yerləri ilə təmin olunub:
 
"Keçən il keçirilən 59 Əmək yarmarkasında 59 mindən çox insan bu əmək yarmarkalarına müraciət edib.

Onların 29 mini Məşğulluq Xidmətinin göndərişləri əsasında işlə təmin olunub. Bu il də həmin proses davam etdiriləcək.

Həm iş yerlərinin itirmiş insanlar, həm də işsizlər bu Əmək yarmarkalarına müraciət etməklə yeni iş yerləri ilə təmin oluna bilərlər".
 





08.02.2016    çap et  çap et