525.Az

Milli Paralimpiya Komitəsinin 20 illiyi qeyd olundu


 

Milli Paralimpiya Komitəsinin 20 illiyi qeyd olundu<b style="color:red"></b>

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitənin prezidenti İlqar Rəhimov bildirib ki, 20 il müddətində böyük yol keçilib, bir sıra uğurlara imza atılıb:
 
"Eyni zamanda Beynəlxalq Paralimpiya Komitəsi ilə yaxşı əlaqələr qurmuşuq və bu da bizim işə öz töhfəsini verib.

Hesab edirəm ki, biz bundan sonra da nailiyyətlərimizi daha da artırmalıyıq".

Gənclər və idman naziri Azad Rəhimov da komitənin fəaliyyətini yüksək qiymətləndirərək, bunu Azərbaycanın idman sahəsində böyük uğuru adlandırıb.

Tədbirdə iştirak edən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kraven ikitərəfli əlaqələrə toxunaraq, bu münasibətlərin davamlı olacağına ümid etdiyini vurğulayıb.

Sonda Azərbaycan prezidenti tərəfindən təltif edilən paralimpiyaçılara mükafatları təqdim olunub.

 





08.02.2016    çap et  çap et