525.Az

İlk Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq


 

İlk Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq<b style="color:red"></b>

Martın 9-da tam Günəş tutulması baş verəcək.
 
Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun sözlərinə görə, bu ilin ilk Günəş tutulması martın 9-da olacaq.

Tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək:

“2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən, Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.
 
Təbiət hadisəsi zamanı səmada “gündüz ulduzunun” ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək”.

Bildirilib ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

 





08.02.2016    çap et  çap et