525.Az

Ələsgər Məmmədoğlunun doğum günüdür


 

Ələsgər Məmmədoğlunun doğum günüdür<b style="color:red"></b>

Bu gün mərhum aktyor Ələsgər Məmmədoğlunun doğum günüdür.

525.az-ın məlumatına görə, Ə. Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.

Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.

2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilib. Sənətkar uzun müddət idi qaraciyər xərçənginə yaxalanmışdı. 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşaraq vəfat edib.

Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn edilib.

 





09.02.2016    çap et  çap et