525.Az

İsmayıllı Polis Şöbəsi: “10 nəfər saxlamışıq”


 

İsmayıllı Polis Şöbəsi: “10 nəfər saxlamışıq”<b style="color:red"></b>

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Binə  Ticarət Mərkəzindəki aksiyada saxlanılanlarla görüşüb.
 
E.Behbudovun Modern.az-a verdiyi məlumat görə, məlum hadisələrlə bağlı saxlanılan 10 nəfər təcridxanada onlara qarşı heç bir zorakılıq edilmədiyini deyiblər. Komitə sədrinin sözlərinə görə, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 310-cu maddənin birinci bəndi ilə günahlandırılırlar. Lakin onlar özlərini bu maddə ilə günahkar bilmirlər:

“Onların hamısı ilə təklikdə görüşdüm. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 310-cu maddənin birinci bəndi ilə günahlandırılırlar. Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsində saxlanılan Elxan Cəfərova – 10, Seymur Əsgərova – 10, Maqil Ocaqverdiyevə – 10, İsmayıl Növsanova – 9, Sahib Paşayevə – 9, Sabir Kazımova – 10, Bəhruz Paşayevə – 8, Samir Paşayevə – 10, Coşqun Hüseynova – 9 sutka iş verilib. Onlar məlum ittihamla özlərini təqsirkar bilmirlər. Deyirlər ki, “biz heç kimə daş atmamışıq, heç kimi söyməmişik, heç kimə müqavimət göstərməmişik. Biz gördük ki, camaat etiraza çıxıb, biz də çıxdıq. Bizi də tutub apardılar”.

Elçin Behbudov bildirdi ki, o, yanvarın 26-da icazəsiz mitinqdə iştiraka görə saxlanılan 5 nəfərlə də görüşüb. Onun sözlərinə görə, AXCP üzvləri Türkel Əlisoya – 15, Əbülfəz Qurbanlıya – 13, Tuncay Quliyevə – 13, bloqer Emin Abdullayevə (Milli) – 15, Rüfət Abdullayevə – 13 sutka cəza verilib.

“Onlarla da görüşdüm. Saxlanma, ilkin dindirmə vaxtı onlara qarşı hər hansısa xoşagəlməz hərəkət olmadığını dedilər”.

Komitə sədri deyir ki, o, İsmayıllı hadisələrinə görə saxlanılar barədə də maraqlanıb:
”Bu gün İsmayıllı rayonu ilə də əlaqə saxladım. Rayonun Polis Şöbəsindən bildirdilər ki, 10 nəfər həbs olunub”.

 





28.01.2013    çap et  çap et