525.Az

"İqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün geniş imkanlar var"


 

"İqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün geniş imkanlar var"<b style="color:red"></b>

"Artıq Azərbaycanın iqtisadiyyatında, iqtisadi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə də əsas məqsəd dünyadakı qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyatının davamlılığını, eyni zamanda, keyfiyyətli inkişafı təmin etmək, milli iqtisadiyyatı, daxili bazarı qorumaq və iqtisadiyyatın neftdən asılılığını azaltmaqdan ibarətdir".

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 9-da keçirilən iclasında adıçəkilən komitənin sədri Ziyad Səmədzadə dilə gətirib.
 
Onun sözlərinə görə, xüsusilə, manatın devalvasiyasından, "üzən məzənnə"yə keçilməsindən sonra ölkə iqtisadiyyatının inkişafını təmin etmək məqsədi ilə dövlət, hökumət tərəfindən çox böyük və əhəmiyyətli addımlar atılır.

"Bütün nazirlər, komitə sədrləri, millət vəkilləri regionlarda çoxsaylı görüşlər keçirir, insanların, vətəndaşların təkliflərini dinləyir, eyni zamanda, birmənalı şəkildə bildirirlər ki, ölkə iqtisadiyatının inkişafının dayanıqlılığını təmin etmək üçün geniş iqtisadi imkanlar var və bu imkanların da hərəkətə gətirilməsi üçün hökumət tərəfindən addımlar atılır.

Bütün bunlar da öz növbəsində imkan verir ki,Azərbaycan dünyadakı qlobal maliyyə-iqtisadi böhran və onun ölkəmizə müəyyən təsirlərinə baxmayaraq, bu prosesdən yenə üzüağ və uğurla çıxa biləcək" - deyə, Z. Səmədzadə daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





09.02.2016    çap et  çap et