525.Az

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq


 

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq<b style="color:red"></b>

Fevralın 13-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim baş tutacaq.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın fevral təlimi “təbiətə sevgi” mövzusuna həsr olunacaq.

Təlim zamanı “kiçik ekoloq”lara vəhşi təbiət, ekosistem, heyvanların təsnifatı, heyvanların nəslinin tükənməsi, qida zənciri və s. barədə geniş məlumat veriləcək, onlara heyvanlar barədə maraqlı faktlar izah ediləcək.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etməklə yanaşı, “Sevgililər günü” münasibətilə analarına hədiyyə etmək üçün müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” də düzəldəcəklər.

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, onların kiçik yaşlardan təbiəti daha yaxşı qavramalarına töhfə verəcək.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə əlaqə saxlamaq xahiş olunur (497-63-16).

 





09.02.2016    çap et  çap et