525.Az

Son illərdə havanın temperaturu yüksəlib, yağıntılar azalıb


 

Son illərdə havanın temperaturu yüksəlib, yağıntılar azalıb<b style="color:red"></b> “1991-ci ildən 2012-ci ilə qədər olan məlumatların təhlili göstərir ki, bu dövr ərzində Azərbaycanda havanın temperaturu 0,5-0,6 dərəcə yüksəlib, atmosfer yağıntılarının miqdarı isə 15-89 mm azalıb”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
 
O bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatı 1961-1990-cı illərin iqlim məlumatlarını dünya üçün norma kimi qəbul edib:

“Qeyd edim ki, dünya üzrə son dövrlərdə havanın temperaturu 1,5 dərəcə yüksəlib”.
 
M. Həsənov qeyd edib ki, Azərbaycan ərazisində də iqlim dəyişmələrinin təzahürləri baş verir:
 
“Yanvar, yaxud fevral ayında ölkədə havaların isti keçməsi Azərbaycan üçün gözlənilməz hal deyil. Ölkə ərazisində bir qədər yüksək temperatur ayrı-ayrı illərdə də müşahidə olunub. Orta aylıq temperaturu hesablayanda normaya uyğun gəlib çıxır. Bu aylarda qeydə alınan istini qlobal dəyişikliklə əlaqələndirmək düz deyil. Ancaq çoxillik normalar üzrə ölkədə temperaturun yüksəlməsi, yağıntının isə azalması müşahidə olunur”.
 





09.02.2016    çap et  çap et