525.Az

Milli mətbəximiz Aktauda


 

Milli mətbəximiz Aktauda<b style="color:red"></b>

Dünən Aktau şəhərinin “Xan şaxar” istirahət və əyləncə sarayında dünya xalqlarının milli mətbəxlərinin nümayişi keçirilib.
 

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğundan 525.az-a verilən məlumata görə, Aktauda fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri tərəfindən təşkil olunmuş tədbirdə iyirmiyə yaxın milli mətbəx nümayış etdirilib. 

Milli mətbəxin nümayişi üçün Baş Konsulluq Aktauda fəaliyyət göstərən azərbaycanlıların “Viva” şirniyyat evi, “Manqal” “Ayjan”, “Şəms” restoranlarının dəstəyi ilə iştirak edib.

Milli mətbəximiz nümayişi üçün ayrılmış süfrədə iki cür plov, dolma, müxtəlif kabablar, həmçinin təndir çörəyi və lavaş, şirniyyatlardan paxlava, şəkərbura iştirakçılara təqdim olunub.

Azərbaycan milli mətbəxinin təqdimatı zamanı ölkəmiz haqqında video çarx nümayış olunub, həmçinin Azərbaycan milli rəqsləri ifa edilib.  

 





09.02.2016    çap et  çap et