525.Az

Ağcabədidə nikaha daxil olmaq istəyən 1420 nəfər tibbi müayinədən keçib


 

Ağcabədidə nikaha daxil olmaq istəyən 1420 nəfər tibbi müayinədən keçib<b style="color:red"></b>

Azərbaycanda 2015-ci il 1 iyun tarixindən tətbiq edilən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, Ağcabədidə indiyədək 1420 nəfər müayinə olunub.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim laborantı Səmayə Allahverdiyeva AZƏRTAC-a bildirib ki, xəstəxana skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin edilib.

Xəstəxanada hematoloji kabinet də yaradılıb. Götürülmüş qan nümunələri Bakı şəhərinə Xüsusi Qan Xidməti avtomobilləri ilə çatdırılır.

Nikaha daxil olmaq istəyən şəxslər rayon mərkəzi xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

Müayinələr zamanı 35 nəfərdə talassemiya xəstəliyinin daşıyıcısı aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılıblar.
 
Bununla yanaşı, onlara xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də verilib.

 





09.02.2016    çap et  çap et