525.Az

AZAL-dan yeni aksiya


 

AZAL-dan yeni aksiya<b style="color:red"></b> “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskvadan Bakıya olan uçuşlara yeni promo-aksiya elan edir.
 
AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiymət cəmi 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.
 
AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün “Domodedovo” və “Vnukovo” beynəlxalq hava limanlarından həyata keçirilir.
 
Qeyd edək ki, Bakıdan Moskvaya “Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.
 
Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar:
 
http://www.azal.az/az/azal-miles.
 





09.02.2016    çap et  çap et