525.Az

“Milli dəyərlərimizə hörmətlə” layihəsi başlanıb


 

“Milli dəyərlərimizə hörmətlə” layihəsi başlanıb<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə “Milli dəyərlərimizə hörmətlə” layihəsinə başlanılıb.

“ASAN xidmət”dən AZƏRTAC-a bildirilib ki, “Milli dəyərlərimizə hörmətlə” layihəsinin məqsədi çoxəsrlik Azərbaycan muğamının bölgələrdə daha dərindən öyrənilməsi və gənc nəsillərə sevdirməkdir.

Layihənin birinci konsertinə qədim Gəncə şəhəri ev sahibliyi edib. Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin yaradıcı heyətinin konsert proqramı ilə çıxışı maraqla qarşılanıb. Solistlər Ehtiram Hüseynov, Nigar Şabanova və Ayşən Mehdiyevanın ifa etdiyi muğam, xalq mahnıları və təsniflər tamaşaçıların zövqünü oxşayıb.

Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı zəngin mədəniyyəti, dili, ədəbiyyatı və musiqisinin təbliğinə xidmət edən “Milli dəyərlərimizə hörmətlə” layihəsi çərçivəsində Sumqayıt, Ağdaş, Sabirabad və başqa şəhərlərdə də konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.

 





09.02.2016    çap et  çap et