525.Az

BDU-da müəllimlər üçün seminar


 

BDU-da müəllimlər üçün seminar<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan dilini tədris edən müəllimlər üçün seminar təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminarda yeni tədris və tədqiqat metodlarının tətbiqi, yeni sillabusların beynəlxalq təcrübəyə əsaslanaraq yaradılması, universitetin hazırlıq şöbəsinin nəzdində humanitar və texniki fənlərin öyrədilməsi prosesində xarici dillərin tədrisi metodikası müzakirə edilib.

Seminar BDU-nun beynəlxalq departamentinin dekanı Gülheyran Rəhimovanın rəhbərliyi altında, universitetdə qərb dillərini tədris edən müəllimlər tərəfindən keçirilib.

 





09.02.2016    çap et  çap et