525.Az

"İspaniya "Patriot" raketlərinin Türkiyədə qalma müddətini uzadacaq"


 

"İspaniya "Patriot" raketlərinin Türkiyədə qalma müddətini uzadacaq"<b style="color:red"></b>

İspaniya Türkiyənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün NATO missiyasının bir hissəsi kimi fəaliyyət göstərən "Patriot" Hava Hücumundan Müdafiə Sisteminin Türkiyədə qalma vaxtını uzatmağa hazır olduğunu təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq fevralın 10-11-nə təyin olunan alyansa daxil ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq həmçinin bu missiya çərçivəsində NATO-nun Türkiyəyə hava patrulu üçün əlavə imkanlar qazandırdığını əlavə edib.

Qeyd edək ki, NATO-nun Türkiyədə HHM missiyası "Patriot" raket batareyasından ibarətdir və layihə 2012-ci ildən başlanıb.

 





09.02.2016    çap et  çap et