525.Az

Musiqili Teatrın baş baletmeysterinin yubileyi qeyd edildi


 

Musiqili Teatrın baş baletmeysterinin yubileyi qeyd edildi<b style="color:red"></b>

Azərbaycan Dövlət Musiqili Teatrının baş baletmeysteri Zakir Ağayevin 60 yaşı tamam olur.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Musiqili Teatrda yubiley tədbiri keçirilib.

Tədbirdə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev Z.Ağayevin həyat və yaradıcılığından danışıb. Ə.Lalayev yubilyarın Musiqili Teatrdakı fəaliyyətindən, Azərbaycan xoreoqrafiya sənətinə verdiyi töhfələrdən söz açıb.

Teatrın baş dirijoru, Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, Xalq Artisti Fatma Mahmudova və başqaları çıxışlarında Z.Ağayevin fəaliyyəti, yaradıcılığı, quruluş verdiyi tamaşalar haqqında danışıblar.

Tədbirin sonunda Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən yubilyara mükafat təqdim edilib.

Qeyd edək ki, Z.Ağayev işgüzar, təşəbbüskar müəllim, istedadlı rəqqas kimi milli rəqslərimizin təbliğində səmərəli xidmətlər göstərib. O, həm də xоrеоqrаfiyа üzrə nəzəri və praktik elmi-tədqiqat işlərinin müəllifidir. 1997-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında baş baletmeyster işləyən Z.Аğаyеv teatrın cari repertuarındakı bütün tamaşaların rəqslərinin quruluşçusudur.

 





09.02.2016    çap et  çap et